32 milyonluq talanda adı keçən Vahid Rzayev vəzifəyə qaytarılıb: İnam Kərimova Bərdə sensasiyası…

0
74

“Qarabağ Aqrar Sənaye Müəssisəsi”yaradılan zamandövlətdən 32 milyon manat güzəştli kredit almışdı

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən üst-üstə ayrılan bu vəsait ciddi nəticələr əldə etməyə hesablanmışdı.

“Qarabağ Aqrar Sənaye Müəssisəsi”ndə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod planlaşdırılırdı.

Amma sən saydığını say, gör müəssisənin direktoru Vahid Rzayev nə sayır. Məlum olub ki, bu illər ərzində V.Rzayev 32 milyonun böyük bir qismini həzm-rabedən keçirib.

Bu barədə azfakt.com-un araşdırma məqaləsində qeyd olunub. Kompleksdə bu gün çəkisindən asılı olmayaraq üst-üstə 600 baş heyvan yoxdur. V.Rzayev dövləti aldadıb.

Həmin dövrdə kənd təsərrüfatı naziri Heydər Əsədov idi. İnam Kərimovun nazir təyinatından sonra V.Rzayev onun gözünə görünməməyə çalışıb, gizlənməkdədir.

Buna səbəb güzəştli kreditlərin mənimsənilməsi, vəsaitlərin yoxa çıxması, əvəzində heç bir iş görülməməsidir. Buna görə müəssisə böhran yaşayır və dövlətə krediti ödəmir.

V.Rzayevin bu talançılıq fəaliyyəti nəticəsində “Qarabağ Aqrar Sənaye Müəssisəsi” işlək olmayan, ölü bir kombinata çevrilib.

Bir müddət əvvəl “Azfakt.com” yazmışdı ki, Vahid Rzayev bir müddət öncə kredit öhdəliklərini yerinə yetirə bilmədiyinə görə direktorluqdan uzaqlaşdırılıb.

Onun yerinə isə Əhməd adlı türk mütəxəssis təyin olunub.

Əhməd gələr-gəlməz audit aparılıb, yeyinti faktları aşkarlanıb. Auditin nəticəsiBakıya təqdim olunub. Amma onun təftişi Bərdədə yerli məmurları qane etməyib.

Ona görə müxtəlif yollara əl ataraq, yenidən Vahid Rzayevin direktor postuna qaytarılmasına nail olublar. Görünür, onun dağıdıcı fəaliyyəti daha sərfəli olub.

Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur. Müəssisənin inkişafını kompleksin önündən keçə magistral və Yuxarı Qarabag kanalı, arxadan isə “şor kanal” əngəlləyir.

Son dəfə kompleksə gələn sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da buradakı vəziyyətin bərbadlığını, ərazinin kompleksə görə çox kiçik olduğunu Vahid Rzayevin nəzərinə çatdırmışdı.

İddialara görə, Vahid Rzayev “Qarabağ Aqrar Sənaye” kompleksinə rəhbərlik etməklə yanaşı həm də, rayondakı sahibkarla aşağı faizlərlə böyük məbləğlərdə pul verir.

O da bildirilir ki, Bərdənin icra başçısı Vidadi İsayev o zamankı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli nümayəndələri ilə əlbir olaraq etdikləri maxinasiyaların hesabına bu gün “Qarabağ Aqrar Sənaye Parkı” acınacaqlı durumdadır.

Halbuki ilkin mərhələdə 4200 baş heyvan olan bu müəssisədə mütəxəssis hesablamalarına görə hazırda 9 mindən artıq heyvan olmalıydı.

İlkin vaxta 4200 baş alınası heyvanın heç üst-üstə 1000 ədədi alınmayıb. Əvəzində rəsmi sənədlərdə müəssisənin rəhbəri Vahid Rzayev göstərilən rəqəmlərə qol çəkib.

Rayonda fermer təsərrüfat rəhbərlərinə rəhbərliyin sahibkarlara yaratdığı yüksək şəraitə görə yuxarı instansiyalara təşəkkür məktubu yazdırtdırır.

Bu məktubun yazılmağına və göndərilməyinə isə RİH başçısının müavini İlham Məmmədov nəzarət edir. Bərdə rayonunun Kolayır kəndində 17 kənd təsərrüfatına lizinq yolu ilə Avstriyadan gətirilmiş heyvanlar verildi.

Ancaq bu heyvanların yaşamaq üçün tələb olunan şəraiti olmadığı üçün sonradan sürətlə tələf oldular.

Od qiymətinə Avstriyadan gətirilmiş bu heyvanlara ilk günlər istisna olmaqla sonradan heç bir ixtisaslı baytar nəzarəti olmayıb. Heyvanların böyük əksəriyyətinin elə ilk aylarda tələf olduğu deyilir.

Bütün bunlardan varlanmış, yenidən vəzifəyə qaytarılmış, yerli məmurlarla əlbir olub müəssisəni dağıtmış V.Rzayevin obyektləri, bahalı maşınları, dəbdəbəli evləri var.

Bu gedişlə yeni nazir İnam Kərimovun Bərdəyə gəlməsinə, təftiş aparmasına cidid şəkildə ehtiyac olacaq. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, baş tutmadı. (Cahan.info)

Adı çəkilən şəxsin də mövqeyini dərc etməyə hazırıq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin