Qaradağ rayonunda QOÇU DƏSTƏSİ və ya icra hakimiyyətinin “KARANTİ”si – Nadir İsmayılov

0
175
Redaksiyasıyamıza daxil olan şikayət məktubunda Qaradağ rayon icra hakimiyyətinin özbaşınalığından bəhs olunur.

Qaradağ rayonunda yaşayan bir qrup sakin redaksiyamıza göndərdiyi şikayətində bildirirlər ki, icra hakimiyyətinin məmurları insanların səbir kasasını doldurub. Belə ki, icra hakimiyyətinin məmuru Nadir İsmayılov vətəndaşlara əməlli başlı divan tutur. Özü ilə 10 nəfərlik polis dəstəsi gəzdirən Nadir İsmayılov sözün bütün mənalarında insanların evlərini yıxmaqla məşğuldur.

Belə ki, vətəndaşların hətta yaxasından yapışan Nadir İsmayılov onlara söyüş belə söyməkdən çəkinmir. Məqsəd də budur ki, qarşı tərəfin əsəblərini yerindən oynadan bu məmur yalandan özünə güc tətbiq etdirmək istəyir. Belə olan halda həm icra hakimiyyətinə, həm də polisə “çörək” ağacı qazanır və qazandırır…

Nadir İsmayılov Qaradağ rayonunda Şağan qəsəbəsi, Primorsk və Sanqaçal qəsəbələrində bir neçə il bundan qabaq hər adamdan ev tikintisinə görə 4-5 min manat pul alıb, “xeyir –dua” vermişdisə, bu gün həmin insanları yenidən gözüm-çıxdıya salıb ki, bu “xeyir-dua” təzələnməlidir.

Xüsusən də Bakı-Astara magistralına yaxın ərazilərdə məhz Nadir İsmayılovun “xeyir-duası” ilə tikilən obyektlər bu gün sökülməklə hədələnir. Səbəb də sadə…

ANONS:
Süleyman Mikayılovun Lənkərandan bəslədiyi Nadir İsmayılov əslində kimdir?

Qaradağ icra hakimiyyətində bu adama niyə “Karanti” ləqəbi qoyulub?

Qaradağ icra hakimiyyətində aparat işçilərini belə başçıya satan bu məmurun Süleyman Mikayılova sevgisi hardan və nədən qaynaqlanır?

Lənkəranlı bu məmurun hətta lənkəranlılar arasında nifrət qazanmasının səbəbini görəndə özünüz də şoka düşəcəksiniz…

Daş karxanalarının başına daş salan Qaradağ icra hakimiyyəti…

(Miq.az)

Bizi izləyin….

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin