Daha bir ordenli başçı yola salınır… – İDDİA

0
177

Keçən ilin dekabrında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov yaxın günlərdə görəvdən alınacaq və onun yerinə hazırda Qusar RİH-də birinci müavin postunu tutan Şahid Fərəməzov gətiriləcək.

Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaq iddia edir ki, Şair Alxasova qarşı etimad limiti əslində çoxdan bitib.

“Şahid Fərəməov da bu vaxta qədər yerində sakit dayanmır və başçının mövqe zəifliyini yaxşı bildiyindən artıq “öz işlərini” uğurla başa çatdırıb”.

Xatırladaq ki, bu günlərdə Alxasov kimi təltif edilən Xəzər RİH rəhbəri Gülağa Alanov da ordeninin yeni olmasına rəğmən görəvdən alındı. Eyni zamanda Mingəçevir ŞİH-də icra başçısı postuna məhz birinci müavinin gətirilməsi Şahid Fərəməzov versiyasını yetərincə gücləndirməkdədir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin