Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC yatanda belə olur… – TƏHLÜKƏ

0
46

Qida Təhlükəsizliyi Agentliyi uşaq bağçalarında yoxlamalar aparır. Bizimxeber.az xəbər verir ki, yoxlamanın ilkin nəticəsi olaraq artıq bir necə bağça 1500 manat dəyərində cərimə olunub. Məlumatda qeyd olunur ki, bu fantastik cəriməyə səbəb müəssiəsələrə verilmiş yumurtanın üzərində etiketin olmaması, toyuq məhsullarının tarixinin göstərilməməsi, duru yağların qayimədə başqa ad, əslinə verilənin başqa adda məhsul olmasıdır.
Bizimxeber.az bildirir ki, uşaq bağçalarına ərzaqlar bir yerdən, yəni Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC tərəfindən verilir. Elə isə maraqlıdır ki, sözügedən ASC nədən sadalanan məhsulların keyfiyyətinə nəzarət etmir və qaydalara əməl etmir?

Yaxud, bu məhsulları qəbul edən bağça rəhbərliyi nədən yumurtada etiketin vurulmasını, qoyuq məhsullarının tarixinin göstərilməsini tələb etmir? Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-dən bildirildi ki, aparılmış yoxlama barədə məlumatsızdırlar. Araşdırılıb məlumat veriləcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin