“Ərdoğanın rəsmi götürülməyib,yeri dəyişdirilib” – Əkrəm İmamoğlunun iş otağının fotosu yayıldı

0
118

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq vəzifəsinin icrasına başlayan Əkrəm İmamoğlunun iş otağından Rəcəb Tayyib Ərdoğanın şəklini götürdüyü iddia edilmişdi.

Türkiyə mediası xəbər verir ki, iddialara cavab olaraq Əkrəm İmamoğlunun iş otağının fotosu paylaşılıb.

Paylaşılan fotodan məlum olubki Rəcəb Tayyib Ərdoğanın şəklinin yeri dəyişdirilib. Onun yerinə Mustafa Kamal Atatürkün şəkli asılıb.

Fotonu ötən il Türkiyənin Çorlu şəhərində baş verən ağır qatar qəzası zamanı ölən Oğuz Arda Selin anası Əkrəm İmamoğlunun qəbulunda olan zaman çəkib.

Əkrəm İmamoğlunun iş masasının arxasında asdığı Atatürkün tablosu diqqət çəkib və müzakirələr səbəb olub. Daha sonra məlum olubki həmin Atatürkün rəsmi Əkrəm İmamoğlunun Bəylikdüzü Bələdiyyəsinin sədri olduğu zaman iş otağına asdığı rəsmdir. Rəsmdə Atatürkün zəlzələdə zərər çəkmiş bir şəxslə söhbəti əks olunur. Əkrəm İmamoğlu bu rəsmin bələdiyyə sədri ilə insnalar arasındakı münasibətə gözəl bir təsir bağışladığını və çox sevdiyi üçün iş otağına gətirdiyini deyib.

Ekrem İmamoğlu'nun makam odasında fotoğraf değişikliği

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin