Əliyevin “Yol xəritəsi” işə düşür: Rasizadə, Şirəliyev, Müslümov və daha kimlər? – Sensasion adlar

0
290

Seçkilərdən sonra ciddi komanda dəyişiklikləri nəzərdə tutulur; Referendumun ardınca qəbul olunmuş “Yol xəritəsi”nin icrasına başlanır…

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev seçkidən sonrakı proqnozlaşdırılan proseslərlə bağlı ciddi açıqlamalar verib.

Onun sözlərinə görə, Baş nazir, baş nazirin müavinləri və s. bəzi nazirlər gedəcək: “ABŞ və Avropa Birliyinin susqun müşahidəsi onu göstər ki, seçkidən öncə razılaşma var.

Onlar bilirlər ki, İlham Əliyev haraya gedir və neyləyəcək və bu proseslər razılaşdırılmış formadadır. Yəni seçki prosesi texniki məsələdir, formaldır.

Əsas proseslər seçkidən sonrakılardır. ABŞ-ın səfiri də seçkidən qabaq ölkəmizi tərk edib. Bu, onu göstərir ki, amerikanlar bu prosesdə iştirak etmirlər, kənarlaşıblar.

İkincisi, mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində də ABŞ-ın burada səfiri olmayacaq. Bu da onu göstərir bu müddətdə hakimiyyət, ilk növbədə İlham Əliyev haraya və necə getdiyini nümayiş etdirməlidir”.

Seçkidən sonra böyük ehtimalla Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev, kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad olunacaq.

Komanda içərisində narazılıq oyadanlardan biri də əmək və əhalinin sosial müdafisə naziri Səlim Müslümovun yarıtmaz idarəçiliyidir. Hər gün onlarla şikayət, rüşvət faktı var.

Maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev də nəzərdən keçiriləcək. Seçkidə iştirak etməyən Şirəliyevin jurnalisti döydürməsi faktı ikiqat gedişini aktuallaşdırıb. Üstəlik, yaşı və səhiyyənin bərbad gündə olması ən əsas amillərdir.

Sahibkarların müəyyən buxovdan xilas edilməsinə ehtiyac var. Söhbət sahibkarların təşəbbüs azadlığının əngəllənməsindən, monopoliyanın ən yayğın formada olmasından gedir. Bunlar aradan qaldırılarsa, nə isə etmək olar.

Yəni, idarəetmə prinsipini dəyişdirmək olarsa, o zaman kadr dəyişikliyi də bir əhəmiyyət kəsb edəcək. Bu olmazsa, hansısa kadrın gəlməsi mənasızdır.

Hazırda hadisələrin gedişi hökumətin həm strukturunda, həm də tərkibində dəyişiklik olacağını göstərir. Lakin bu prosesin gedişi yenə də daxili müqavimətdən asılı olaraq dəyişəcək.

Çünki köhnə, oturuşmuş, proseslərə nəzarəti uzun illər əlində saxlayan qrupun islahatlara getmək istəyinin olmaması göz önündədir.

Əldə etdiyimiz xəbərlər ondan ibarətdir ki, İ.Əliyev işləmək istəmədiyi bir neçə nazirin sərəncamını verəcək.

Cəmiyyətdən gələn sosial sifariş də dəyişiklikləri labüd edir. Eyni zamanda hakimiyyət islahatlara və yenilənməyə məhkumdur. Ölkə başçısı çevik, operativ kadrlara üstünlük verir.

Ən azın 2015-2018 aralığında bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb. Vergilər naziri, rabitə naziri, nəqliyyat naziri, milli təhlükəsizlik naziri dəyişib.

Ondan qabaq əmək və əhalinin sosial müdafiəsi naziri, kənd təsərrüfatı naziri, müdafiə naziri dəyişib.

2018-ci il seçkilərindən sonra da nazir, icra başçısı, komitə rəhbəri postlarında sürpriz dəyişikliklərə gediləcək.

Bu xüsusda xarici işlər naziri Elmar Məmmədyarov, “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev, “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynov da vəzifəsindən çıxarıla bilər.

Habelə, “Su və Meliorasiya” ASC sədri Əhməd Əhmədzadə və bir çox məmurlar il ərzində işini itirə bilər.

Əsasən, yeni kadrlar I vitse-prezidentin ətrafında toplaşacaq. Onun komandasının formalaşması davam edəcək, bu komandanın üzvləri mühüm vəzifələrə gətiriləcək. Getdikcə köhnə kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedəcək.

Siyasətçilərin ən qəliz məsələlərlə bağlı kənar iştirak olmadan universal qərarlar qəbul eləməsinə dair çoxlu nümunələr var.

Bununla da onlar ali siyasi dəb elminin hikmətlərindən heç də texnoloqlardan pis baş çıxartmadıqlarını göstəriblər.

Ayrı sözlə, özünü təsdiqləmiş idarəçilər orijinal və rasional uğur formulları tapmaqla dəbi elə özləri yaradırlar. Azərbaycanın lideri İlham Əliyevin solosu bunun bariz təsdiqi sayıla bilər.

İlham Əliyev nəzəriyyənin və tətbiqi intizamın uğurlu sintezini həyata keçirməklə yüksək idarəçilik pilotajı nümayiş etdirir.

O, şəksiz ki, bu zaman milli seçicinin etimadına əsaslanır. İlham Əliyevin uzun illər sabitliyə hesablanmış kursu saxlamağa imkan verən konsepsiyasının özəlliyi məhz bundan ibarətdir. İndilikdə Azərbaycanın ən böyük uğuru, nailiyyəti sübhəsiz ki, sabitlikdir.

Elə bir sabitlik ki, istehsalçı qüvvələrə qarşıda duran vəzifələri yerinə yetirmək imkanları yaradır. Ölkədə sakitliyi və ahəngi təmin edə bilməyən hakimiyyətin qara qəpiklik də dəyəri yoxdur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin