Əliyevin “at gedişi”: Tehran-Ankara -Moskva ittifaqı Bakının yanında – Detallar

0
104

Rusiya-Türkiyə-İran formatında əməkdaşlığın genişləndirilməsi bölgədə təhlükəsizliyin qarantı üçün mühümdür. Rəsmi Bakının da bu ittifaqın yanında olması uğurlu xarici siyasətdir

Tehran, Moskva və Ankara ilə münasibətlərin inkişaf etdirilməsi, enerji və nəqliyyat dəhlizləri layihələrində birgə işlər görülməsi prezident İlham Əliyevin düzgün xarici kurs götürdüyünü göstərir.

Bu o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Geniş iqtisadi münasibətlər istər-istəməz siyasi riskləri də azaldır.

Putin Ərdoğanın daha bir xahişini yerinə yetirdi: Rusiya Türkiyəyə satdığı S-400 raketlərini Türkiyəyə vaxtından əvvəl təhvil verəcək.

Öz növbəsində Putin də Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “türk axını” layihəsinin sürətlə icrasından məmnun qaldı.

Beləliklə, Moskva və Ankara Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmamışdılar.

Moskva Vaşinqtondan fərqli olaraq, Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir.

Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhəddi var.

Bu baxımdan Azərbaycan mövcud üçtərəfli formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir.

Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesinin kənarda qalmasından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər.

Suriyada vətəndaş müharibəsi başlayanda və terrorçular da prosesə müdaxilə etdikdə Rusiya ilə İran ittifaq şəklində hərəkət edərək Bəşər Əsəd rejiminə dəstək verdilər.

Türkiyə tamamilə fərqli mövqedən çıxış edərək, ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Qətərlə ittifaqa üstünlük verərək, Suriya müxalifətinin yanında yer aldı.

Ancaq zaman keçdikcə Türkiyə ilə Amerika arasındakı ittifaq çökdü, Vaşinqton Suriyada silahlı kürdlərə dəstək verməklə Ankaranın maraqlarının əleyhinə çıxdı.

O biri tərəfdən, Vaşinqtonun Türkiyədə 15 iyul hərbi çevrilişinə cəhdi planlaşdıran Fətullah Güləni Türkiyəyə vermək istəməməsi Vaşinton-Ankara ikiliyinin üstündən xətt çəkdi.

Belə bir şəraitdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir il öncə Rusiyanın hərbi təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməklə xarici siyasət prioritetini dəyişdi.

Amerikadan fərqli olaraq Rusiya Suriyadakı silahlı kürdələrə dəstəkdən əl çəkdi, Türkiyə qoşunlarının Suriyanın qərb vilayətlərini nəzarətə götürməsinə gözünü yumdu, üstəgəl iki ölkə arasında dondurulan bütün layihələr yenidən işə düşdü.

İran çoxdan arzulayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə uzaq ölkələr deyil, region ölkələri məşğul olsunlar.

İkincisi, üçlü formatın işlək olması üçün Azərbaycan və Ermənistan Türkiyə-Rusiya-İran formatının Minsk Qrupunu əvəzləyəcəyini qəbul etməlidir.

Onsuz da Minsk Qrupu formatı özünü doğrultmur, Amerika ilə Fransanın münaqişənin həllindəki rolu minimumdur.

Ancaq yeni üçlü formatın qəbulu üçün rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçi olmasına razılaşmalıdır.

Məsələ burasındadır ki, rəsmi Bakı Tehranın, rəsmi İrəvan isə Ankaranın vasitəçiliyndən ehtiyat edir.

Buna baxmayaraq, bu məsələdə də söz sahibi Moskva ola bilər. Kreml həm Bakını, həm də İrəvanı yeni formatı qəbul etməyə razı sala bilər.

Üçüncüsü, yeni formatın Dağlıq Qarabağ münaqişəsinin həllində ön böyük uğuru Ermənistan hakimiyyətini “mərhələli həll” planını qəbul etməsi ola bilər.

Bunun qarşılığında isə Azərbaycan və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrə qoşulacaqlarını vəd edə bilərlər.

Ancaq atılacaq addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva, həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər.(fia.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin