Əli Kərimlinin REAL olmayan mitinqi – Müxalif cəbhədə yeni qarşıdurma

0
363

Milli Şura adlı radikal qrup və Müsavat partiyasının martın 10-da keçirməyi planlaşdırdığı mitinqə REAL hərəkatının qatılmaması tərəflər arasında qarşıdurmaya səbəb olub.

REAL-ın qərarında açıq şəkildə qeyd olunub ki, Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcəklər.
Qərarın elan olunmasından sonra Əli Kərimli və Arif Hacılının sosial şəbəkə “cəngavərləri” REAL əleyhinə kampaniyaya başlayıb. Radikallar İlqar Məmmədovun rəhbəri olduğu hərəkatı qorxaqlıqda, satqınlıqda ittiham ediblər. Hazırda qarşıdurma sosial şəbəkələrdə davam edir.

Əli Kərimlinin REAL olmayan mitinqi

REAL “tərəfdarları” isə təşkilatın mitinq qərarını dəstəkləyirlər. Onlar mitinq keçirənləri məntiqsizlikdə, səviyyəsiz qərar verməkdə suçlayırlar.

Əli Kərimlinin REAL olmayan mitinqi

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, Milli Şuranın martın 10-a təyin etdiyi mitinq seçki qanunvericiliyinin pozulmasıdır. O, xatırladıb ki, seçkiqabağı təşviqat martın 19-da başlayır və bu tarixdən sonra nə qədər istəsələr mitinq keçirə bilərlər.

“Bakı şəhər İcra Hakimiyyəti isə Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir. Əks təqdirdə bu qanun pozuntusu ola bilər”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin