Əli Əhmədov: “Bu binada məskunlaşan sakinlərin vəziyyəti çox ağırdır”

0
49

Bakıda yanğından zərərçəkən məcburi köçkünlər müvəqqəti yaşama yerləri ilə təmin ediləcək.

ONA-nın məlumatına görə, bu barədə baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: “Yanğının baş verdiyi binada məskunlaşan sakinlərin vəziyyəti çox ağırdır. Yeni tikilən mənzillərə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. Ehtiyacı olan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi bizim üçün hədəfdir. Son bir neçə ayda Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğınlar olub. Mən bununla bağlı nə isə demək istəmirəm. Yanğınların baş vermə səbəbi araşdırılır.

Mənzilə ehtiyacı olan sakinlərin sayı həddindən artıq çoxdur. Yaxın illər ərzində bu problemi əhəmiyyətli dərəcədə aradan qaldıracağıq”.

Ə.Əhmədov yanğından zərərçəkənlərə köməkliyin göstərilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə tapşırıq verib.

Baş nazirin müavini vəziyyətlə tanış olmaq üçün əraziyə bir daha gələcəyini bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin