ƏKRƏM İMAMOĞLUNA BƏLƏDİYYƏ BAŞQANI MANDATI VERİLDİ – VİDEO

0
43

Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

***

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Qeyd edək ki, bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib.

Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Yüksək Seçki Kurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir.

Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin