Əfqanıstandakı partlayışa görə məsuliyyəti “Taliban” üzərinə götürüb

0
32

Əfqanıstanın Qəzni şəhərində törədilmiş partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.

Trend-in məlumatına görə, avtomobilin partlaması nəticəsində 12 nəfərin həlak olub, 43 nəfər xəsarət alıb.

“Pajvak” agentliyi isə bildirib ki, ölənlər arasında 8 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır, 4 nəfər isə dinc sakindir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin